Aralıq dənizində zəlzələ olub.
XəbərAl.az xəbər verir ki, Türkiyənin Fəthiyə-Rodos bölgələri arasında 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yerli vaxtla səhər saat 07:44-də qeydə alınan təbiət hadisəsi dəniz səviyyəsindən 6 km aşağıda baş verib.
Dalaman bələdiyyəsinin sədri Məhəmməd Qaraquş zəlzələnin həssaslıqla hiss edildiyini, lakin tələfat və dağıntı olmadığını açıqlayıb.
Bələdiyyə sədri məktəblərin bağlanmasına lüzum olmadığını bildirib.