Cəmiyyət

Sumqayıtda üç günə üç ölüm: 39 yaşlı qadın dəm qazından boğularaq öldü

Sharing is caring!

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq öldü.

APA-nın məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir