Kriminal

Sumqayıtda zavodda bədbəxt hadisə: Ölən var

Sharing is caring!

Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodda fəhlə işləyən 1993-cü il təvəllüdlü Allahverdiyev Güloğlan Bəkir oğlu bunker adlanan tikilidən yıxılıb. Ağır xəsarətlər alan 29 yaşlı işçi xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxiləyə baxmayaraq, gənc Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir