İqtisadiyyat

Vergi ombudsmanı xidməti baş idarəsinə rəis təyin edilib

Sharing is caring!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.

APA xəbər verir ki, Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi ötən ilin sonunda yaradılıb. Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir