MARAQLI

Dünyanın ən yaşlı kişisi vəfat etdi – FOTO

Sharing is caring!

Venesuela sakini, dünyanın ən yaşlı kişisi Xuan Visente Peres Mora 114 yaşında vəfat edib.

Bu barədə ölkə Prezidenti Nikolas Maduro özünün “X” hesabında məlumat verib.

“Dünyanın ən yaşlı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Xuan Visente Peres Mora 114 yaşında vəfat etdi. Onun ailəsini qucaqlayır və uzunömürlü kişinin doğulduğu El-Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm”, – deyə Maduro bildirib.

Peres Mora 115 yaşına az qalmış tənəffüs yollarında yaranan ağırlaşmalar səbəbindən vəfat edib. 4 fevral 2022-ci ildə o, 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlayaraq, 112 yaş 253-cü günündə dünyanın ən yaşlı adamı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Peres Mora uzunömürlülüyünü daimi işinin olması, yaxşı istirahət etməsi, tez yatması və gündəlik bir stəkan brendi içməsi ilə izah edib. Həmçinin onun yaxşı qidalandığı, dua etdiyi, su içdiyi və erkən saatda yatdığı qeyd edilir.

Xuan Visente Peres Mora 27 may 1909-cu ildə Venesuelanın El-Kobre şəhərində doğulub və 10 uşaqdan 9-cusu olub. Onun özünün isə 11 uşağı olub. Peres Mora son zamanlarda San-Xose-de-Bolivarda bir fermada yaşayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir