Dünya

Aİ İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Sharing is caring!

Aİ İrana qarşı sanksiyaları bu ölkədəki insan haqları pozuntularına görə genişləndirərək, daha 32 fiziki və 2 hüquqi şəxsi “qara siyahı”ya salıb.

Bu barədə bazar ertəsi müvafiq qaydaları dərc edən “Aİ-nin rəsmi jurnalı”nda deyilir.

“Qara siyahı”ya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları da var.

Hüquqi şəxslər isə polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı strukturlardır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir