İqtisadiyyat

Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, enerji sahəsinin ikitərəfli əməkdaşlıq gündəliyində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd edilib. İnvestisiya əməkdaşlığının genişləndirilməsi, enerji keçidi dövründə rəqəmsallaşma üzrə təcrübə mübadiləsinin aparılması istiqamətlərində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Səudiyyə Ərəbistanının energetika nazirinin müavini Məcid bin Hindi Aluteibi ölkəsinin Azərbaycanla qarşılıqlı biznes dialoqunun genişlənməsindən məmnunluğunu ifadə edib, ikitərəfli iqtisadi əlaqələrin gündəliyində olan məsələlər, birgə layihələrin reallaşdırılması barədə fikirlərini bildirib.

Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir