Cəmiyyət

Almaniya XİN nümayəndəsi: “COP29 hamımızın birləşməli olduğu bir tədbirdir”

Sharing is caring!


“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər kəsin iqlim dəyişikliyi ilə mübarizə üçün birləşəcəyi tədbirdir”.

“Report” xəbər verir ki, bunu Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada bildirib.

Onun sözlərinə görə, keçmişə nəzər salaraq söyləyə bilərik ki, hazırda hər birimiz yenidən birləşməliyik: “Çünki iqlim böhranı nəticəsində ölkələrimizdə baş verən təlatümlərə cavab vermək üçün bir araya gəlməliyik. Biz enerji sistemlərimiz və iqtisadiyyatlarımızın iqlim böhranına reaksiya verməsi üçün birləşməyik”.

O vurğulayıb ki, hazırda demək olar ki, bütün ölkələr daha ədalətli cəmiyyətə keçid üçün enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində işləyir: “COP28 sazişlərinin həyata keçirilməsi üçün şərait yaratmaq, eləcə də bu il COP29 və gələn il COP30-a hazırlaşmaq üçün üç əsas şərtə toxunacağam. Bu, 1,5 dərəcə selsi missiyasına nail olmaq, sosial komponenti təmin etmək və maliyyələşdirmədir. Biz birlikdə keçid yolunu tapmalıyıq. Maliyyələşdirməyə gəlincə, bizim artıq iqtisadi investisiya və tranzit planımız var, mövcud vəsaitlərdən strateji istifadə etmək üçün onları birləşdirməliyik, bu mənada Beynəlxalq Enerji Agentliyinin rolu vacibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir