Kriminal

Sabiq məmuru şantaj edən qayını ilə bağlı QƏRAR

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Rafael Rəhmanovu şantaj etməkdə ittiham olunan Elman Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, hərəkətsiz saxlanılmış işdə təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədiyindən, apellyasiya şikayəti baxılmamış saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Quliyev 10 il azadlıqdan məhrum edilib.

Qeyd: Elman Quliyev zərərçəkmiş Rafael Rəhmanovun keçmiş qayını olub. İttihamda deyilir ki, Elman Quliyev zərərçəkmiş şəxsə hədə-qorxu gələrək 100 000 manat tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəisi Aydın Bəşirovun dövründə onun müavini olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir