İqtisadiyyat

Qızıl bazarında əl yandıran qiymətlər nə zaman enəcək? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Bu gün Azərbaycanda qızıl bazarındakı qiymətlərdə xeyli artım müşahidə olunur. 

Oxu.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bazarda ən baha qızıl ərəb qızılı hesab olunur. Ondan sonra isə türk və rus qızılları gəlir.

Qiymətlərin artması məsələsinə gəlincə, ekspertlər bunu dünya bazarında qızılın qiymətinin artması ilə əsaslandırırlar.

İqtisadçı ekspert Pərviz Heydərov Oxu.Az-a açıqlamasında bunu dünya maliyyə bazarlarındakı vəziyyətin qeyri-müəyyən olması ilə əlaqələndirib.

Ekspert qeyd edib ki, “Qızılın qiymətinin qalxması, dünya maliyyə bazarındakı vəziyyətlə bağlıdır. Son illər ərzində, xüsusən də ötən ildən başlayaraq dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyəndir. Ona görə də, inverstorlar öz vəsaitlərini qiymətli metallara yatırmağa daha çox üstünlük verirlər. Bu da qızılın qiymətinin artması ilə nəticələnib.

“Bəs bu bahalaşma nə qədər davam edəcək?” – sualına gəlincə, Pərviz Heydərov qeyd edib ki, bu hal keçici xarakter daşıyır:

“Belə hallar periodik olaraq müşahidə edilməkdədir və indiki vəziyyətdə müvəqqəti xarakter daşıyır. Dünya maliyyə bazarlarında “sabun köpüyü” yoxa çıxdıqdan sonra, bir çox şeylər aydınlaşacaq, bundan sonra qiymətli materialların və qızılın qiyməti sabitləşməyə başlayacaq”.

Qeyd edək ki, daşınmaz əmlak bazarından sonra ikinci ən gəlirli sahə qızıl-zinət əşyalarının alqı-satqısı hesab olunur. Daşınmaz əmlaka yatırım etmək imkanında olmayan vətəndaşlar vəsaitlərini qızıla yatırım etməklə saxlamağa çalışırlar.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir