Dünya

Niderland Ukraynaya azı 24 döyüş təyyarəsi verəcək

Sharing is caring!


“Niderland Ukraynaya ən azı 24 “F-16” qırıcısı təhvil verəcək”.

Bunu Baş nazir Mark Rutte Münhen Təhlükəsizlik Konfransında deyib.

“Ukraynaya 24 döyüş təyyarəsi veriləcək. Bəlkə də daha çox, amma bundan az deyil. Biz danimarkalılarla və başqaları ilə birlikdə işləyirik”, – deyə Mark Rutte bildirib.

Baş nazir işlərin cədvəl üzrə getdiyini və qırıcıların ən qısa zamanda göndəriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti ilkin hərbi yardım çərçivəsində Qərbdən məhz 24 ədəd “F-16” qırıcısı istəyib. Ukrayna hərbçilərinə qırıcıdan istifadə etmək və mühəndislərin hazırlanması üçün təxminən altı ay vaxt lazım olacaq.

Mənbə: ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir