Siyasət

Xocalı faciəsinin şahidi olan litvalı jurnalistin fotosərgisi keçirilir – FOTO

Sharing is caring!

Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin Litvadakı Jurnalistlər Evində “Xocalıya ədalət” fotosərgisi keçirilir.

“Report” xəbər verir ki, sərginin təşkilatçılığını Azərbaycan Respublikasının Litvadakı Səfirliyi həyata keçirib.

Sərgidə səfirlik nümayəndələri, Litvada yaşayan azərbaycanlılarla yanaşı Litva vətəndaşları və jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gələn bu dəhşətli faciəni unutmağın mümkün olmadığını vurğulayıb:

“Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma bu elə bir faciədir ki, dünya ona susdu. Biz bunu işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkür edirik. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir.

Əgər Xocalı hadisəsinə qarşı hansısa bir reaksiya olsaydı, mən əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi. 2020-ci ilin payızında Azərbaycan xalqı 30 il gözləməkdən yorulduğu üçün bütün bu məsələlərə son qoymaq istədi. Biz artıq problemləri həll etmək istəyirdik, ona görə də bizə qarşı olan zorakılığa cavab vermək üçün hərbi gücə əl atmalı olduq və torpaqlarımızı azad etdik. Bu gün Xocalıda olan faciəyə litvalı hərbi jurnalistin gözü ilə baxırıq. Gələn azərbaycanlılara və bütün qonaqlara təşəkkür edirəm”.

Riçardas Lapaitis 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışaraq bildirib ki, bu soyqırıma dünya ictimaiyyəti hələ də ədalətli mövqe bildirməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir