İqtisadiyyat

Bəxtiyar Aslanbəyli: “Bu il Cəbrayılda yeni günəş elektrik stansiyasının təməli qoyulacaq”

Sharing is caring!


“bp şirkətinin Cəbrayılda həyata keçirəcəyi 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı Yekun İnvestisiya Qərarı (Final Investment Decision) bu ilin ikinci yarısında gözlənilir”.

Bunu bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır:

“Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Artıq yekun investisiya qərarı ilə bağlı son texniki və kommersiya məqamları var ki, onlar da hazırlanacaq”.

bp rəsmisi vurğulayıb ki, günəş elektrik stansiyasının təməli yekun investisiya qərarı qəbul edildikdən sonra bu il qoyulacaq.

Qeyd edək ki, günəş elektrik stansiyasının ilkin dəyəri 200 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir