Cəmiyyət

Qatarların gəlmə vaxtının göstərilməməsinə QƏRİBƏ REAKSİYA: “İnsanlar gündəlik cədvəldən artıq bilirlər”

Sharing is caring!


Bakı metrosunda qatarların hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını göstərmir. Əvəzində stansiyadan qatarın getdiyi vaxtı göstərir. Ona görə də “Bakı Metropoliteni”ndən istifadə edənlər növbəti qatarın gəlmə vaxtını dəqiq bilmirlər.

Sərnişinə isə qatarın stansiyadan neçə dəqiqə öncə çıxması yox, gözlədiyi qatarın nə zaman gələcəyi maraqlıdır.

Bəs bunun göstərilməməsinə səbəb nədir və bu, tənzimlənə bilərmi?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, bu, sovet dövründə tətbiq olunmuş sistemdir:

“O dövrdə digər şəhərlərdə olan metropolitenlər də bu sistemlə işləyirdi. Bu, əsasən sərnişinlər üçün deyildi, hərəkətin təşkili ilə bağlı maşinistlər üçün olan sistem idi. Hazırda dünyada bununla bağlı bir neçə sistem var. Hətta Bakı metropolitenində də vaxtilə sınaq xarakterli işlər aparılıb, eyni zamanda, bu istiqamətdə hansı planların qurmaq lazım olunduğu və hər bir məsələ öyrənilib”.

Onun sözlərinə görə, Bakı metrosundan istifadə edənlər gündəlik cədvəldən artıq bunu bilirlər:

“Onsuz da hazırda sərnişinlər qatarın yubanmasını və digər halları həmin monitorlardan rahat görürlər, qrafiki bildiklərindən növbəti qatarların nə zaman gələcəklərini də rahatlıqla müəyyən edə bilirlər. 

Uyğun dövrdə bu məsələlərin aktuallaşması mümkündür və gözlənilir. Biz bununla bağlı bütün istiqamətlərdə araşdırmaları aparmışıq. Yəni dünyada istifadə edilən qatarın gəlmə vaxtını göstərən sistemlərin işləmə prinsipləri, ən optimal qaydada işləməsi üçün nələrin lazım olması araşdırılıb. Kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyindən bu məsələyə uyğun bir dövrdə xüsusilə baxılacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir