İqtisadiyyat

100-ə yaxın yerli şirkətin məhsulları və istehsal texnologiyaları sərgidə nümayiş olunacaq

Sharing is caring!


“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə Bakı və regionlarda fəaliyyət göstərən şirkətlərin qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları sərgilənəcək.

Bu barədə KOBİA məlumat yayıb.

Sabah Bakı İdman Sarayında Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” öz işinə başlayacaq. 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 100-ə yaxın yerli şirkət tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunacaq. Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən şirkətlərin məhsulları qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları kimi sahələri əhatə edəcək.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”nə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da dəstək göstərir.

Dekabrın 9-dək davam edəcək sərgi çərçivəsində, həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlər keçiriləcək.

Sərgidə ziyarətçi qismində iştirak etmək ödənişsizdir. Ziyarətçilər sərgidən əvvəl marsolexpo.az saytında və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir