İqtisadiyyat

Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında ərzaq təhlükəsizliyinin təmin edilməsi müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə keçirdiyimiz görüşdə BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının həyata keçirildiyini vurğuladıq. FAO ilə Azərbaycan arasında tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi barədə danışdıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir