İdman

Atıcımız Avropa Kubokunda bürünc medal qazandı

Sharing is caring!


Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından (AAF) verilən məlumata görə, o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına (AAK) məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir