Cəmiyyət

Kimlərin qızılcaya yoluxma riski daha çoxdur? – AÇIQLAMA

Sharing is caring!


“Orqanizmdə A vitamini çatmayan şəxslərdə qızılca xəstəliyi digərlərinə nisbətən daha ağır formada keçir. Ağırlaşmalar da gözləniləndir”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda qızılca haqqında danışarkən deyib.

O bildirib ki, A vitamini aşağı olan şəxslər daha tez yoluxur:

“Doğrudan da A vitamininin verilməsi tövsiyə edilir. Biz bunu protokol üzrə də tövsiyə edirik. Belə ki, A vitamininin dozası yaşa uyğun olaraq müvafiq qaydada həkim tərəfindən təyin edilir”.

“Uşaq vaxtı qızılca keçirən şəxslərin orqanizmində güclü müqavimət yaranır. Həmin şəxslərin yenidən qızılcaya yoluxma ehtimalı demək olar ki, çox aşağıdır”, – deyə həkim-infeksionist qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir