İqtisadiyyat

Mikayıl Cabbarov: “MR-də 21 mikrosahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib” – FOTO

Sharing is caring!


“Bu ilin fevral-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmindən yararlanıblar”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında yazıb.

O bildirib ki, indiyədək Muxtar Respublikada 21 mikrosahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib.

“Ümumilikdə kənd təsərrüfatı üzrə doqquz, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə altı, ictimai iaşə sahəsində üç, logistika sahəsində iki və turizm sahəsi üzrə bir layihə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərdən yararlanıb”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir