Xarici siyasət

İlham Əliyev portulaqiyalı həmkarına məktub göndərdi

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik ünvanlayıb.

XəbərAl.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir