Mədəniyyət

“Rokki” filminin “Oskar”a namizəd ulduzu vəfat edib – FOTO

Sharing is caring!


“Rokki” filminin ulduzu Bert Yanq 83 yaşında ABŞ-də vəfat edib.

Onun ölümünü qızı Ann Moreya Ştayngizer təsdiqləyib.

Məlumata görə, aktyor Los-Ancelesdə dünyasını dəyişib. Ulduzun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 50-dən çox filmdə iştirak edən B.Yanq əsasən “Rokki”də boksçu Rokki Balboanın dostu və qaynı Poli Pennino obrazı ilə məşhurlaşıb. O, 1977-ci ildə birinci hissədəki performansına görə “Ən yaxşı ikinci plan aktyoru” kateqoriyasında “Oskar” mükafatına namizəd olub.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir