İqtisadiyyat

Biznes layihələr və ideyalar bir platformada

Sharing is caring!


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə investisiya portalı – www.invest.smb.gov.az yaradılıb.

Portalda müxtəlif investisiya layihələri və biznes ideyalar yerləşdirilib. Biznes layihəsi olan və investor axtaran, mövcud biznesini satmaq istəyən və müxtəlif layihələrə yatırım etmək istəyən investorlar portalın imkanlarından istifadə edə bilərlər.

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən portalda qeydiyyatdan keçməklə müvafiq xidmətlərdən istifadə etmək mümkündür. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.

Biznes layihəsi olan və investor axtaran, mövcud biznesini satmaq istəyən və müxtəlif layihələrə investisiya yatırmaq istəyən sərmayədarları www.invest.smb.gov.az portalından istifadə etməyə dəvət edirik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir