Cəmiyyət

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib – FOTO

Sharing is caring!

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Vətən müharibəsi iştirakçılarının, DTX-nin əməkdaşlarının, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantlarının və DTX-nin hərbi hissəsinin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış mədəni proqram təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir