Dünya

Hindistanın ilk rəsmi seçicisi vəfat etdi

Sharing is caring!

Hindistan tarixində ilk rəsmi seçici olan Şyam Saran Negi şənbə günü Himaçal Pradeş ştatının şimalındakı evində 106 yaşında vəfat edib.

O, uzun ömrü ərzində müxtəlif səviyyəli seçkilərdə 34 dəfə səs verib.

Negi 5 oktyabr 1951-ci ildə Hindistanın Britaniyadan müstəqillik qazanmasından sonra (1947-ci ildə) keçirilən ilk müstəqil ümumi seçkilərdə səs verəndə Kalpa dağ kəndində məktəb müəllimi olub. Bütün Hindistan 1952-ci ilin fevralında səs verib, lakin dağlıq bölgələrdə səsvermə beş ay əvvəl keçirilib. Belə ki, fevral ayında dağlıq bölgələrlə əlaqə qar səbəbindən kəsilir.

Negi o zaman ölkədə səs verən ilk rəsmi qeydiyyatdan keçmiş seçici olub və bununla da adını Hindistan tarixinə yazdırıb. O, həm də həmkəndlilərinin səsverməyə gəlməsi üçün təbliğat aparıb. O vaxtdan bəri Negi bir dəfə də olsun seçkini qaçırmayıb.

Hindistanın ilk rəsmi seçicisi sonuncu dəfə poçt vasitəsilə 2022-ci il noyabrın 2-də səs verib.

Ölkənin Baş nazir Narendra Modi Neqinin vəfatı ilə bağlı başsağlığı verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir