Cəmiyyət

Şəmkirdə avtomobil ağaca çırpılıb, 5 nəfər xəsarət alıb

Sharing is caring!

Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 2001-ci il təvəllüdlü A.Zalov, 2004-cü il təvəllüdlü M.Cəfərova, 1986-cı il təvəllüdlü G.Cəfərova, 2004-cü il təvəllüdlü A.Orucova və 2008-ci il təvəllüdlü G.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan A.Zalovun və M.Cəfərovanın vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir