İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycan-Türkmənistan ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir” – FOTO

Sharing is caring!


“Azərbaycan-Türkmənistan ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında bildirib.

“2023-cü ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88%-dən çox, son iki ildə isə təxminən 10 dəfə artıb. Türkmənistan-Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda rəsmi səfərdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir