Cəmiyyət

Azərbaycanda il ərzində akkreditasiyadan keçən ali təhsil müəssisələrinin sayı açıqlandı

Sharing is caring!


“Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb”.

“Report” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədrin vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, üç universitet isə hazırda qərarvermə mərhələsindədir:

“Bura Bakı Mühəndislik Universiteti, ADA və Azərbaycan Tibb Universiteti daxildir. Ümumilikdə bu il üçün 13 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub. Bir il sonra təkrar akkreditasiya keçiriləcək. Növbəti ildə də 13 ali təhsil müəssisəsi qrafikə salınıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir