İqtisadiyyat

Beqmırat Allakbayev: “SPECA ölkələri arasında məlumat mübadiləsinin rəqəmsallaşdırılması vacibdir”

Sharing is caring!


“SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri arasında məlumat mübadiləsində rəqəmsal transformasiyanın təmin olunması vacibdir”.

“Report” xəbər verir ki, bunu Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Beqmırat Allakbayev bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.

Onun sözlərinə görə, bu, sərhəddə qeyri-tarif baryerlərin aradan qaldırılmasına imkan yaradacaq.

“SPECA-nın cari ildəki fəaliyyəti çox məhsuldar və aktual oldu. Bu bizim regional əməkdaşlığın gücləndirilməsinə yönəlib. Bununla belə, gələn illər ərzində bir sıra məsələlərin həllinə ölkələrimizin əlaqələndirilmiş yanaşmaları mühüm əhəmiyyət kəsb edir. Bura qarşılıqlı əlaqələrin gücləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, inzibati maneələrin azaldılması daxildir. Son illər ərzində SPECA çərçivəsində əməkdaşlığın mühüm məsələləri su, enerji ehtiyatlarının idarə edilməsi, ətraf mühitin qorunması, innovasiyalara keçid, dayanıqlı inkişaf üzrə texnologiyaların, müxtəlif sahələrdə rəqəmsal formatın, dayanıqlı nəqliyyat və tranzit bağlantılarının tətbiqi daxildir. Həmçinin, gender siyasəti və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına diqqət yetirilir”, – deyə o qeyd edib.

Proqramın əhəmiyyətini önə çəkən nazir müavini SPECA-nın Mərkəzi Asiya və onun hüdudlarından kənarda çox effektiv regional əməkdaşlıq platformasına çevrildiyini vurğulayıb:

“Proqram regional inkişafa müsbət təsir edir, qarşılıqlı iqtisadi fəaliyyəti təkmilləşdirir və əsas iqtisadi və ekoloji istiqamətlər üzrə əlaqələri daha da genişləndirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir