İqtisadiyyat

SETA rəhbəri: “Cənubi Qafqazda siyasətin formalaşmasında Türkiyənin rolu konstruktivdir”

Sharing is caring!


“Cənubi Qafqazda siyasətin formalaşmasında Türkiyənin rolu konstruktivdir”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar Vəqfinin (SETA) sədri Burhaneddin Duran bildirib.

Ekspert deyib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına böyük əhəmiyyət verir:

“Bu, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün vacib addımdır. Çünki nəticədə bölgə ölkələrinin sabitliyə və iqtisadi əməkdaşlığa nail olmaları hər birimizin xeyrinədir”.

B.Duran onu da vurğulayıb ki, Türkiyə digər ölkələrlə əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə üstünlük verdiyi üçün diplomatik həll yollarında böyük təcrübəyə malikdir:

“Bu mənada, Qarabağ məsələsi həll edildikdən sonra Qafqazla bağlı qarşımızda çox önəmli bir fürsət var. Yəni Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranı birləşdirə biləcək ittifaqla iqtisadi inteqrasiyanın önünü açmaq, Asiya ilə Avropanı birləşdirən və dünyaya nümunə olacaq birlik yaratmaq mümkündür. Bu baxımdan, Zəngəzur dəhlizi kritik bir məsələdir. Türkiyə burada konstruktiv rolu öz üzərinə götürmək gücündədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir