Dünya

Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb

Sharing is caring!


Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirə sülh sammiti çərçivəsində Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirib. O, müharibə edən tərəflər arasında sülhə alternativin olmadığını bildirib.

“Qahirədə keçirilən sammit çərçivəsində Mahmud Abbasla görüş baş tutub. İki dövlətin yanaşı yaşayışına əsaslanan dünyaya başqa alternativ yoxdur”, – deyə  qeyd edib.

Mişel Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu da vurğulayıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir