Dünya

Ərdoğandan taxıl sazişinə imza atan tərəflərə çağırış – VİDEO

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi yeni açıqlamasında bəyan edib ki, taxıl daşınması üzrə əldə edilən sazişə imza atanlar öz üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmalıdırlar.

“Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz töhfə Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi”, – deyə R.T.Ərdoğan fikrinin davamında vurğulayıb.

Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir