İqtisadiyyat

Azərbaycan Türkmənistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Türkmənistanla ikitərəfli ticarət dövriyyəsinin artırılmasını müzakirə edib.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə Komissiyanın növbəti iclasının keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı imkanlarını nəzərdən keçirdik”, – nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir