Siyasət

Həmid Həmidovdan Vedant Patelin Qarabağdakı monitorinq missiyası ilə bağlı açıqlamasına münasibət – VİDEO

Sharing is caring!


Oktyabrın 3-də ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Qarabağda uzunmüddətli müstəqil beynəlxalq monitorinq missiyasının yaradılmasının zəruriliyini bəyan edib.

 “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov bununla bağlı fikirlərini Baku TV ilə bölüşüb.

“Vedant Patel ABŞ Dövlət Departamentinin mətbuat katibidir. Elə bir gün əvvəl o, amerikalıların Qarabağda öz beynəlxalq missiyasının olmasını istədiklərini söylədi. Bunun nə üçün lazım olduğu tam aydın deyil və o, buna aydınlıq gətirmir. Bu beynəlxalq missiyaya nəyi müşahidə edəcək?

Çünki dünya tarixində, heç yeni tarixdə də yadıma gəlmir ki, hansısa öz torpaqlarını azad edən ölkə həmin torpaqlarda könüllü olaraq qalan, getməyən separatçılara qarşı bu qədər loyallıqla yanaşsın, qayğı göstərsin. Bildiyiniz kimi, heç kim heç kimi qovmayıb və Qarabağın erməni əhalisinin əksəriyyəti könüllü olaraq bu torpaqları tərk edib”, – deyə o qeyd edib.

Ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir