Sosial

Psixologiya üzrə fəlsəfə doktoru: Borderline Şəxsiyyət Pozuntusu nədir?

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Psixologiya üzrə fəlsəfə doktoru
“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri Təranə Paşayeva həmişə ki, kimi öz “Facebook” sosial hesabında maraqlı paylaşımı ilə bir çox suallara aydınlıq gətirib.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva

Həmin paylaşımı sizlərə təqdim edirik:

Borderline Şəxsiyyət Pozuntusu nədir?



Borderline Şəxsiyyət Pozuntusu şəxsələrin düşüncə tərzində, insanlar haqqında duyğularında və münasibətlərdə problemlərə yol açan narahatlıqdır.
Emosional stabilliyin aradan qalxması ilə formalaşır. Şəxs ya ağın, ya da qaranın mövcud olduğunu düşünür. Boderline şəxsiyyət pozuntusu yaşayan şəxs bu halda başqa hər hansı bir alternativin mövcud olacağını düşünməz, qəbul etməz, buna görə də təlatümlü münasibət yaşayar.

Göstəriciləri:
– İnsanlarla çox tez yaxınlıq qurmaq və ya özündən uzaqlaşacağını düşündüyü insanla əlaqəni kəsmək;
– Ailə, dost və yaxın ətrafına qarşı tez-tez dəyişən sevgi və nifrət kimi duyğu dəyişikliyi;
– Diqqətsiz maşın sürmək, həddindən çox pul xərcləmək, tez-tez yemək yemək və s. kimi zərərli davranışlar;
– Özünə zərər vermək;
– Boşluqda hiss etmək;
– Güvən problemi;

Hansı problemlərə yol aça bilər?
– Depressiya;
– İçki və ya narkotik asılılığı;
– Bipolyar pozuntu;
– Stress;
– Diqqət dağınıqlığı;

Borderline Şəxsiyyət Pozuntusu haqqında sizə maraqlı olan suallara cavab tapmaq və daha ətraflı məlumat əldə etmək üçün bizə müraciət edə bilərsiniz.
050 899 46 48

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir