İqtisadiyyat

Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2024-2028-ci illər yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib.

Bunu AMB-nin sədri Taleh Kazımov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“AMB-də ölkəmizdə səfərdə olan WB-nin Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Roland Prays və Azərbaycan üzrə ölkə meneceri xanım Stefani Stollmaysterlə görüşdük, WB-nin Azərbaycandakı cari fəaliyyəti, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda WB və AMB arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirə apardıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir