Dünya

Zelenski: “Bir ayda Ukrayna ordusu 233 İran istehsalı PUA-nı məhv edib”

Sharing is caring!

“Bir ay ərzində Ukrayna ordusu İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsalı pilotsuz uçuş aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri tərəfindən vurulub” – deyə, o bildirib.

Döclət başçısının sözlərinə görə, 19 oktyabr tarixində Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir