Dünya

İranda həbsdə olan hüquq müdafiəçisinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb – FOTO

Sharing is caring!

Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) direktoru Henrik Urdal 2023-cü il üçün Nobel Sülh Mükafatına namizədlərin qısa siyahısını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, namizədlər arasında İranın İnsan Hüquqlarını Müdafiə Birliyinin Güney Azərbaycanın Zəncan şəhərindən sədr müavini, hazırda həbsdə olan Nərgiz Muhəmmədi də var.

Bildirilir ki, o, İranda qadın hüquqlarının yaxşılaşdırılması istiqamətində yorulmaz səylərinə görə bu mükafata layiqli namizəddir.

Qeyd edək ki, qadınların hüquqlarının pozulduğu İranda hazırda vəziyyət daha da kəskinləşib, rejim isə aksiyaların qarşısını almaq üçün gender bərabərsizliyinə etiraz edən iranlı gənclərin uzunmüddətli həbsindən tutmuş, edamlarına qədər hər cür vasitəyə əl atır.

“Nərgiz Muhəmmədi qadın hüquqları və ölüm hökmünün ləğvi üçün kampaniya aparan hüquq müdafiəçisi və jurnalistdir. O, hazırda “dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə uzunmüddətli həbsə məhkum olunub. Onun həbsi beynəlxalq aləmdə pislənilib”, – deyə məlumatda vurğulanıb.

Nərgiz Muhəmmədi 2003-cü ildə Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin idarə etdiyi İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinin sədr müavinidir. O, həmçinin İranda Milli Sülh Şurasının icraiyyə komitəsinin sədri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir