İqtisadiyyat

Əliyevin Mərkəzi Asiya gedişi – TƏHLİL + FOTO

Sharing is caring!


Prezident İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündəki iştirakının motivləri regionun mənzərəsinə salınan işıqla açılır.

Mərkəzi Asiya Rusiya, Qərb və Çin arasında böyük güc rəqabəti meydanıdır və tez-tez çoxtərəfli formatdakı əməkdaşlıqlar bu oyunçulardan birinin məntiqinə yaxınlaşır.

Mərkəzi Asiyada nisbətən zəif oyunçular da – məsələn, Türkiyə, İran – fəaliyyət sferası qururlar, onlar ABŞ, Rusiya, Çin kimi qlobal aktor olmasalar da, təsirləri əhəmiyyətlidir.

Bir sözlə, Mərkəzi Asiya böyük güclərin və regional oyunçuların görüşdüyü yerdir və burada tarazlıq aktının inkişafı vacibdir.

Azərbaycan və Türkiyənin Mərkəzi Asiyadakı strateji genişlənməsini idarə etmək üçün Türk Dövlətləri Təşkilatı alternativ seçim imkanları təqdim edir.

TDT Rusiya, Qərb, Çinin rəqabət aparan gündəliklərinə qiymət verir, strateji qərarların qəbulu üçün cəlbedici yanaşmalar ortaya çıxarır.

İlham Əliyevin Düşənbəyə səfəri (Tacikistan TDT üzvü deyil – A.K.) Mərkəzi Asiyanın türk dövlətlərinin ideoloji dəyirmanının çarxına yad elementlərin salınmamasını özündə simvolizə edir.

Çünki TDT-nin ideoloji fazası, iqtisadi-siyasi alətləri, mümkün hərbi potensialı regionda məcburedici və məsuliyyətsiz hərəkətlərin qarşısında birləşdirici amil kimi çıxış etmək çağırışlarını icra edir.

Bir sözlə, TDT regionda sözün hər mənasında yüksəliş tendensiyasıdır – həm öz çərçivəsində, həm də oyunçuların maraqları baxımından.

TDT üçün təhlükələri vurğulamaq da lazımdır, təhdidlərin qarşısında böyüyən iqtisadi əməkdaşlıq formatı önləyici tədbir kimi əhəmiyyət qazanır. 

Azərbaycan və Türkiyənin strateji diqqətində xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Mərkəzi Asiya ilə bağlantıları bərkidib, çoxtərəfli əməkdaşlıq fonunda iqtisadi yüksəlişi təmin edən ideallara söykənir.

Bu faktor tələb edir ki, TDT Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqazda qlobal rəqabətin gərginliyinə mənalı cavablar hazırlasın.

Lakin TDT konkret strateji məqsədlərinə nail olmaq imkanlarını genişləndirdikcə çətinliklərə də sinə gərməyi bacarmalıdır.

Bunun üçün TDT alternativ – hərbi sahəyə – genişlənməyə nail olub rəqabətin formalaşdırdığı təhdidlərə qarşı yeni vahid yanaşma qəbul etməlidir.

İlham Əliyevin Düşənbədə etdiyi çıxışın dərin strateji məzmununa qeyd olunan rakurslardan baxmaq lazımdır.

Əliyev həmin nöqteyi-nəzəri gələcək nəqliyyat və logistika sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri, Türkiyə, Avropa bazarları üçün artan etibarlı tranzit əhəmiyyətini qeyd etməklə göstərir.

Bu əhəmiyyət Çinin strateji istiqamətləri üçün cəlbedicidir, çünki Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dinamikası “Rəqəmsal İpək Yolu” layihəsi, Şərq-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun şaxələnməsinə töhfə verəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir