İqtisadiyyat

“Hesablama Palatası fəaliyyəti barədə hesabatlılıqda daha bir yenilik tətbiq edəcək”

Sharing is caring!


“Hesablama Palatası fəaliyyəti barədə hesabatlılıqda daha bir yenilik tətbiq edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yenilik yaxın günlərdə tətbiq ediləcək:

“İlk dəfə olaraq fəaliyyətimiz barədə təqdim olunan məlumatlara keçirdiyimiz beynəlxalq tədbirlərin icrası barədə hesabatı da əlavə edəcəyik”.

Sədr qeyd edib ki, məqsəd həm də Nazirlər Kabinetinin müvafiq normalarına qarşı icra vəziyyətini göstərməkdir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir