İqtisadiyyat

Azərbaycan hökuməti inflyasiya ilə bağlı proqnozunu artırıb

Sharing is caring!


Bu il Azərbaycanda orta illik inflyasiya 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

“İlkin proqnozlarda orta illik inflyasiya 6,9 % səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır”, – deyə sənəddə deyilir.

Gözləntilərə görə, bu, ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir