İqtisadiyyat

Heydər Əliyev Fondu tərəfindən Qəbələnin Nic qəsəbəsində tikilən yeni məktəb istifadəyə verilib – FOTO/VİDEO

Sharing is caring!


Bu gün Heydər Əliyev Fondu tərəfindən bir sıra rayonlarda yeni inşa olunan və əsaslı təmir edilən məktəb binaları istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, bu məktəblərdən biri də Qəbələnin Nic qəsəbəsində istifadəyə verilən yeni tədris ocağıdır.

Məktəblə bağlı iki il öncə Prezident İlham Əliyev qəsəbəyə gəlişi zamanı tapşırıq vermişdi.

Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki “Müqəddəs Məryəm Ana” Alban kilsəsində fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi.

Məktəbin istifadəyə verilməsi ilə bağlı dini icmanın rəhbəri, qəsəbə sakinləri, müəllimlər Prezident İlham Əliyev və Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.

“Prezident İlham Əliyev qəsəbəyə gəlmişdi. Məktəbin təmiri ilə bağlı ona müraciət etdik. Demək olar ki, həmin gün təməl daşı qoyuldu və məktəbin inşası başladı”, – deyə Robert Mobili qeyd edib.

R.Mobilinin çıxışını təqdim edirik: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir