İqtisadiyyat

Söyüdlüdəki şirkətə çağırış, inflyasiyanın birrəqəmli olması üçün təklif – Deputat məsələ qaldırdı

Sharing is caring!


Milli Məclisin iclasında deputat Əli Məsimli Gədəbəydəki Söyüdlü qızıl yatağındakı vəziyyətdən danışıb.

Oxu.Az-ın məlumatına əsasən, deputat bildirib ki, Azərbaycanda işləyən xarici və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti mümkünsüz olacaq.

Millət vəkili bildirib ki, Azərbaycanın qanunlarına və ekoloji tarazlığa hörmət edilməlidir.

“Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, həmin şirkətlərin fəaliyyəti dayandırılacaq”, – deyə deputat bildirib.

Əli Məsimli Azərbaycanda inflyasiyanın birrəqəmli olmasının əhəmiyyətindən də söz açıb.

O deyib ki, Azərbaycanda ikirəqəmli inflyasiyanın birrəqəmliyə çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir.

“Mən subyektiv amillərin irəli çəkilməsini yüksək qiymətləndirirəm. Çünki artıq obyektiv amillər, xaricdən gələn inflyasiya bir neçə məhsulu çıxmaq şərti ilə səngiyib. Subyektiv amilləri aradan qaldırmaqla, bu sahədə bəzi qurumların cavabdehliyini artırmaqla və antiinhisar tədbirlərini gücləndirməklə birrəqəmli inflyasiyaya nail olmaq mümkündür”, – deyə o əlavə edib.

Bildirək ki, Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.

Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın ikinci iclasında bu barədə qərar qəbul etdiyini deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir