Dünya

Ukrayna təyyarəsinin İran raketləri ilə vurulmasının ildönümü qeyd edildi: Etiraz aksiyaları gücləndi – FOTO

Sharing is caring!

Ukraynaya məxsus təyyarənin (2020-ci il yanvarın 8-də İran raketləri ilə atəşə tutulması nəticəsində Tehran yaxınlığında qəzaya uğrayan, PS752 reysini yerinə yetirən sərnişin təyyarəsi – red.) vurulmasının üçüncü ildönümü ilə bağlı bütün dünyada yaşayan iranlıların etiraz aksiyaları geniş miqyas alıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Mitinqlər Türkiyə, İspaniya, Almaniya, Böyük Britaniya, Çexiya, Fransa, Kanada, İtaliya, Avstriya, İsveç, Kipr, Belçika, İsveçrə, Niderland, ABŞ, Yeni Zelandiya, Avstraliya kimi ölkələrdə baş tutub.

İranın özündə isə təyyarənin qəzaya uğradığı yer güllərlə örtülüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir