İqtisadiyyat

Ağdam şəhərində əhalinin 30 faizi fərdi evlərdə məskunlaşacaq

Sharing is caring!


“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına əsasən, Ağdamda 2022-26-cı illər ərzində 12 kənd yaşayış məntəqəsinin, həmçinin beş yaşayış massivinin layihələndirilməsi, eləcə də dörd kənd yaşayış məntəqəsinin və iki şəhər massivinin tikintisi planlaşdırılır”.

“Trend” xəbər verir ki, bunu Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi deyib.

Onun sözlərinə görə, Ağdam şəhərinin Baş planına əsasən, əhalinin 70%-i çoxmənzilli binalarda məskunlaşacaq.

“Qalan 30% isə fərdi evlərdə yaşayacaq. Müasir Ağdamın ərazisi keçmiş Ağdam şəhəri və yanındakı səkkiz kənddən ibarət olacaq. Ağdamın 23%-i yaşıllıq sahələrindən – meşələrdən və parklardan ibarət olacaq. Şəhərə altı giriş-çıxış yolu olacaq ki, burada piyada yollarına üstünlük veriləcək. Velosiped və piyada yollarından da geniş istifadə olunacaq. Ağdam şəhərinin konseptinə uyğun olaraq, buraya köçürüləcək əhalini istilik və isti su ilə təmin etmək məqsədilə müxtəlif yaşayış massivlərində 12 qazanxana kompleksi də tikiləcək. Ümumiyyətlə, Ağdamda tikinti-quruculuq işləri yüksək sürətlə davam edir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir