İqtisadiyyat

SOCAR ilə “Cisco Systems Inc” arasında anlaşma memorandumu imzalanıb – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri və proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, memorandum SOCAR ilə “Cisco Systems Inc” arasında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal transformasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrübəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.

SOCAR-ın korporativ strategiyasında dəyər zənciri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu xüsusda, texnologiya və innovasiya sahəsində dünya liderləri arasında olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkanları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir