İdman

Olimpiya çempionuna vəzifə verildi – FOTO

Sharing is caring!


Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.

Prosport.Az-ın xəbərinə görə, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.

O, böyüklərdən ibarət qadın milli komandamıza böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib. Azərbaycan qadın güləşinə nəzarət Toğrul Əsgərova həvalə edilib.

Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir