İqtisadiyyat

Qarabağda çalışanlar üçün yeni imtiyazlar müəyyən olunub – VİDEO

Sharing is caring!


Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaqlar.

Qanunvericiliyə edilən dəyişikliyə görə, bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.

Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son beş ildə ən azı iki il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı, gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcəklər.

Millət vəkili Vüqar Bayramov İTV-yə bildirib ki, bu imtiyazlar vətəndaşların əməkhaqlarında artımların olmasına şərait yaradacaq.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir