Hadisə Manşetüstü

Şəkidə kişi yeniyetmə qıza təcavüz etdi – Təfərrüat

Sharing is caring!

Şəkidə seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan Rüstəm Rəfizadəyə cinayət işi açılıb.

XeberAl.az  xəbər verir ki, Rüstəm Rəfizadə həmyerlisi Səidə Babayevaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

İstintaq orqanı tərəfindən Rüstəm Rəfizadənin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Rüstəm Rəfizadənin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Ceyhun Əhmədovun icraatına verilib.

Artıq cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məılumatları dəqiqləşdirilib.

Məhkəmə baxışının qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı iyulun 11-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir