Cəmiyyət

Əhməd İsmayılov: “Cəmiyyətlə düzgün kommunikasiya qurulmalıdır”

Sharing is caring!

“Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır”.

Oxu.Az xəbər verir ki, bunu “Effektiv kommunikasiya” mövzusunda təlim-seminarda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir:

“Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar atılır”.

Ə.İsmayılov qeyd edib ki, tədbirlərdən bəhrələnərək neçə belə uğurlu layihələr həyata keçirə bilərik:

“Öz təcrübələrimizi sizinlə bölüşməyə hazırıq”.

Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir