İqtisadiyyat

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinə müavin təyin olunub.

Oxu.Az xəbər verir ki, bu vəzifəyə Elkiyar Ziyadov gətirilib.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 2018-21-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.

E.Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə modelləşdirməsi və proqnozlaşdırma fənni üzrə dərs deyir.

E.Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir